CAR-da qətllərin sayı artıb

Cari ilin ikinci rübündə Cənubi Afrika Respublikasında (CAR) qeydə alınmış cinayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 60,6% artıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CAR-ın Polis işləri üzrə naziri Beki Sele brifinq zamanı bildirib.

“Qətl sayının artması ötən il qüvvədə olmuş bir çox karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır”, – o bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *