Yeniyetmə karateçimiz Avropa çempionatında bürünc medal qazanıb

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Əliyeva 3-cü yer uğrunda görüşdə Ana Lujiçə (Gürcüstan) 5:3 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *