Bakıda xəsarətlə nəticələnən yol qəzası olub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1980-ci il təvəllüdlü Əliyev Nizami İsmayıl oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *