Azərbaycanda qalıqları aşkarlanan erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb

Cəbrayıl rayonunda ikinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Bu barədə Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb. Axtarışlar davam edir.

Qeyd edək ki, bu, itkin sayılmış erməni hərbçilərin sayıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *