Salyanda yeniyetmə Kür çayında batıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb.

2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *