Daha bir müəllim koronavirusdan vəfat etdi – FOTO

Daha bir müəllim koronavirusdan vəfat edib.

Bu barədə onun çalışdığı ERA Tam Orta Ümumtəhsil Məktəbinin “Facebook” profilində paylaşım edilib.

Bildirilib ki, Elza Abdullayeva ötən gün COVİD-19-un qurbanı olub.

Qeyd edək ki, E.Abdullayeva Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin fortepiano müəllimi olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *