Rusiyada qripə qarşı peyvəndləmə başladı

Rusiyada 2021-ci il qripə qarşı vaksinasiya başlayıb.

“Bu gün, “Rospotrebnadzor”un (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) stendində beşinci dəfədir ki, Rusiya Federasiyasında qripə qarşı peyvənd kampaniyasının başladığını elan edirik”, – deyə qrumun rəhbəri Anna Popova Şərq İqtisadi Forumda bildirib.

O qeyd edib ki, istəyən hamı vaksin vurdura bilər.

“Rospotrebnadzor” əhalinin azı 60 faizini və risk altında olanların azı 75 faizini peyvəndləməyi bölgələrə tövsiyə edib.

Mənbə: “RİA Novosti”

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *