Tokio Paralimpiya Oyunlarında liderlər – SİYAHI

Çin komandası Tokio Paralimpiya Oyunlarında medalların ümumi sayına görə vaxtından əvvəl qalib olub.

Çinli idmançılar 87 qızıl, 52 gümüş və 48 bürünc medal qazanıb. İkinci yerdə olan Böyük Britaniya komandası (40-36-41) qazandığı qızıl medalların sayına görə Çin millisinə çatmaq və medal sıralamasında onu keçmək şansını itirib.

Çin millisi 2004-cü ildən bəri hər dəfə Paralimpiya Oyunlarının qalibi olur. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında Çin idmançıları rekord – 239 medal qazanıblar (107-81-51).

Tokio Paralimpiadasının medal sıralamasında üçüncü yerin sahibi ABŞ komandasıdır (35-35-27).

Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *