Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin qərbində təlimçi təyyarə qəzaya uğrayıb.

Bu barədə “Hürriyet” qəzeti yerli mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, təyyarə İstanbulun 180 kilometrliyində Sakarya əyalətində qəzaya uğrayıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Qəza zamanı təyyarədə neçə nəfərin olduğu da məlum deyil.

Qəza yerində xilasedicilər işləyir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *