Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı

15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşlər ilə əlaqədar olaraq bağlanan yollar açılıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önü – “İçərişəhər” metrosu – İqtisadiyyat Universitetinin binası – Qala Qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəlinə qədər, ikinci marşrut S.Vurğun bağı – 28 may küçəsi – Bülbül prospekti – Neftçilər prospekti – Azadlıq meydanı istiqamətində olan yürüşlə əlaqədar bağlanan yollarda hərəkət tam bərpa olunub:

“Bütün istiqamətlər üzrə nəqliyyat vasitələri sərbəst hərəkət edə bilər”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *