Azərbaycanda “Mü” ştamına yoluxan var? – RƏSMİ CAVAB

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, “Mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “Mü” ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *