İqlim dəyişikliyi səbəbindən köçkün düşənlərin sayı açıqlanıb

2021-ci ildə iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlər üzündən dünyada 20 milyondan artıq insan yurd-yuvalarını tərk etməli olub.

Bunu BMT baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının iclasında bildirib.

Quterreş ötən il sözügedən səbəbdən 30 milyondan artıq insanın ev-eşiyindən olduğunu diqqətə çatdırıb.

Baş katib iqlim dəyişikliyinin fəsadlarına qarşı tədbirləri dəstəkləmək məqsədilə inkişaf etmiş ölkələri 100 milyard dollar yardım vədini yerinə yetirməyə çağırıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *