BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons Qazaxıstandan Kabilə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

“O, Kabilə qayıtdı”, – Dujarrik Layonsun Qazaxıstan ərazisində olması barədə suala cavabında deyib.

“Layons avqustun son günlərinə qədər – ən mürəkkəb dövrlərdən birində Kabildə idi. Sonra onun ailə problemi ortaya çıxdı və Qazaxıstana getdi”, – Dujarrik deyib.

BMT rəsmisi qeyd edib ki, bu dövrdə Kabildə onun iki müavini qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *