Bakıda tuneldə zəncirvari qəza – VİDEO

Bakıda zəncirvari qəza olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdə yerləşən tuneldə üç avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ciddi maddi ziyan dəyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *