Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinanın Buenos-Ayres əyalətində təyyarə qəzaya uğrayıb.

Bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə başqa sərnişin olmayıb.

İlkin məlumatlara görə, təyyarə aeroklubun ərazisindən qalxarkən Berasategui rayonundakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *