OPEC: “Neftə tələbatın azalmasında başlıca amil elektromobillər olacaq”

2045-ci ilədək dünyada avtomobillərin sayı iki dəfəyədək artaraq 2,6 milyarda, elektrik nəqliyyatının payı 20 faizə çatacaq.

Bu barədə OPEC-in açıqladığı “Dünya neft icmalı” (World Oil Outlook – WOO) adlı hesabatda bildirilir.

Sənədə görə, neftə tələbatın uzunmüddətli artımı elektrik nəqliyyatının getdikcə daha çox vüsət alması ilə cilovlanacaq. Nəticədə nəqliyyat sektorunda neftə gündəlik tələbatın həcmi 2045-ci ilədək müddət ərzində 46-46,5 milyon barel səviyyəsində sabit qalacaq.

Sözügedən müddət ərzində ənənəvi benzin avtomobilləri daha çox inkişaf edən ölkələrdəki tələbat hesabına avtomobil nəqliyyatının 76 faizini təşkil edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *