
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.
Azərbaycan təmsilçiləri turu qələbə ilə başa vurub. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib – 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.
Rusiya təmsilçisi Vladislav Artemyev isə turun sensasiyasına imza atıb. O, Karlsenlə qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb.
Çempionlar Turu
Final mərhələsi
IV tur
Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 1,5:2,5
Teymur Rəcəbov (AZƏRBAYCAN) – Yan-Kşiştof Duda (Polşa) – 2,5:1,5
Aniş Giri (Niderland) – Levon Aronyan (Ermənistan) – 1:3
Vladislav Artemyev (Rusiya) – Maqnus Karlsen (Norveç) – 3:1
Hikaru Nakamura (ABŞ) – Uesli So (ABŞ) – 2:2 (Görüş davam edir)
Leave a Reply