Kabil Universitetinin yeni rektoru qadınların universitetdə oxumasını qadağan etdi

Əfqanıstanda “Taliban” tərəfindən təyin olunan Kabil Universitetinin yeni rektoru Məhəmməd Əşrəf Hаyrat qadınların universitetdə oxumasını və müəllimlik etməsini qadağan edib.

O bu qərarı İslam qanunlarına əsaslanaraq verdiyini deyib.

“Hər kəs üçün əsl İslam mühiti yaradılana qədər qadınların universitetlərə girməsinə və işləməsinə icazə verilməyəcək. İslam hər şeydən üstündür”, – deyə o bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *