Səbail rayonunun küçə və prospektlərində yağış suları təmizlənir

Səbailin küçə və prospektlərində yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər davam edir.

Səbail Rayon İcra Hakimiyyətinin, Səbail Rayon Sukanal İdarəsinin və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə yağıntılar zamanı Səbail rayonunun bəzi küçə və prospektlərinin hərəkət hissəsində yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi təmizlənərək yağış-kanalizasiya sistemlərinin ötürücülüyü bərpa olunur.

Səbail rayonunda payız-qış mövsümü ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi davam edir və daim diqqət mərkəzində saxlanılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *