“Milliön” terminallarının fəaliyyətində problem yaşanır? – AÇIQLAMA

Fəaliyyətində problem olmayan sosial şəbəkələrdə “Milliön” terminallarında problem yarandığına dair paylaşımlar edilib.

Məsələ ilə bağlı “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.

O, Oxu.Az-a açıqlamasında “Milliön” terminallarında ödənişlə bağlı heç bir problemin olmadığını deyib: “Sosial şəbəkələrin fəaliyyətində müəyyən problem yaşanıb. Lakin bu problem terminallarda ödəniş sisteminə təsir etməyib. Terminallar vasitəsilə həyata keçirilən ödənişlərdə heç bir problem yaşanmayıb. Sistem nəzarət altında saxlanılır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *