Dünya çempionatı: Azərbaycan yığması iki medalı təmin etdi

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

Bu gün Azərbaycanın iki təmsilçisi 1/4 final görüşünə çıxıb.

Belə ki, əvvəlcə 86 kq çəki dərəcəsində çıxış edən Loren Alfonso Dominges rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.

Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.

Ardınca isə +92 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev növbəti döyüşünə çıxıb.

Hindistanlı Narender Berval ilə üz-üzə gələn Abdullayev qələbə qazanaraq yarımfinala yüksəlib və o da Loren Alfonso Dominges kimi ən az bürünc medalı təmin edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *