Duma Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib

Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib.

Məsələ oktyabrın 18-də qanunverici orqanda müzakirəyə çıxarılıb.

Deputatlar layihəni dəstəkləyiblər. Bununla da Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması haqqında müqavilədən çıxması ilə bağlı qanun layihəsini qəbul edib.

Qeyd edək ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, ancaq ABŞ hələ bu addımı atmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *