Bu məktəbin şagirdəri dərsə velosipedlə gəlir – FOTO

Bakıda yerləşən 292 nömrəli məktəbin qarşısındakı velosipedlər sosial şəbəkədə maraqla qarşılanıb.

Median.Az
Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paylaşım edib.

O, şagirdlərin məktəbə velosipedlə gəlib-getdiklərini bildirib:

“292 nömrəli məktəbdə maraqlı mənzərə ilə qarşlaşdıq. Uşaqlar məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedirlər. Məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.

Dövlətin Bakı şəhəri Binə qəsəbəsində uşaqlar üçün yaratdığı müasir məktəbdə belə ürəkaçan görüntülər sevindiricidir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *