Goranboyda iki nəfər göbələkdən zəhərlənib

Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakinləri – 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *