İranda narkoloji dispanserdə yanğın olub, 32 nəfər ölüb, 17 nəfər yaralanıb

Bu gün səhər saatlarında İranın Gilan əyalətinin Ləngərud şəhərində narkoloji dispanserdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Ləngərud şəhərinin başçısı Məhəmməd Rza Cəlali məlumat yayıb.

Bildirilib ki, yaralıların 16-sı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *