Qətər əmiri: “Qəzza zolağında humanitar atəşkəsə ümid bəsləyirik”

“Qətər Qəzza zolağında münaqişənin həlli üçün diplomatik səylərini davam etdirir və yaxın gələcəkdə humanitar atəşkəsin nail olacağına ümid bəsləyir”.

Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə iclasında bildirib.

“Eskalasiyanın azaldılması, qan tökülməsinin dayandırılması və mülki əhalinin müdafiəsi üçün bütün diplomatik səyləri bundan sonra da dəstəkləyəcəyik”, – o deyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *