Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Qazaxıstana gedəcək

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan noyabrın 28-də Qazaxıstana rəsmi səfər edəcək.

Bu barədə Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən bildirilib.

Onun səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir.

Bu, onun Qazaxıstana ikinci səfəridir.

D. O’Sullivan ilk dəfə 7 ay əvvəl, bu ilin aprel ayında Qazaxıstanda olub.

Qeyd edək ki, Avropa Komissiyası Ukraynaya qarşı müharibənin başlamasından bəri Rusiyaya tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən yayınmamaq üçün bu sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsini təsis edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *