Bakının 3 rayonunda suyun verilişində məhdudiyyətlər olacaq

Bakının Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Məhdudiyyətlər su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-u saat 20:00-dan dekabrın 1-i səhər saatlarına qədər olacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *