Binədə 13 yaşlı oğlan itkin düşdü

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

“Unikal” xəbər verir ki, Suraxanı rayonu, Binə Südçülük sovxozu deyilən ərazidə yaşayan, 2010-cu il təvəllüdlü Ömər Heydərov ötən gün səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Ailəsi tərəfindən polisə müraciət daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *