Saatlı rayon sakinləri sənədsiz silahları polisə təhvil veriblər

Saatlı rayonunda iki nəfər müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *