Ağcabədidə dönərxanada yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

Ağcabədi şəhərində ümumi sahəsi 24 kvadratmetr olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə yanıb. Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *