“Facebook” və “Instagram” arasında mesajlaşma sona çatır

Tətbiqlər arası mesajlaşma funksiyası bu ayın sonunda “Facebook” və “Instagram” tərəfindən ləğv ediləcək.

Daha əvvəl “Messenger” və “Instagram”da mesajlaşma xidmətlərini birləşdirən “Meta” son illərdə “Facebook” və “Instagram” mesajlarını birləşdirməyə qərar verib.

Lakin bu funksiyanın fəaliyyəti başa çatmaq üzrədir.

“Facebook” və “Instagram” platformaları arasında birbaşa mesajlaşma imkanı verən funksiya 3 ildən sonra silinəcək.

“Instagram” və “Facebook” arasında tətbiqlər arası söhbət funksiyası bu il dekabrın ortalarında tamamilə dayandırılacaq.
//azxeber.com

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *