Bakıda qudalar arasında əlbəyaxa DAVA: Ürəyi soyumayan kişi qohumunu maşınla əzdi – VİDEO

Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:

“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.

***

Bakıda qudalar arasında dava olub.

Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dalaşıb.

Ürəyi soyumayan quda qohumunu döydükdən sonra maşınını onun üzərinə sürüb. (report)

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *