Kanada Latviyaya hava hücumundan müdafiə və PUA əleyhinə sistemlər yerləşdirəcək

Kanada 2024-cü ildə Latviyada helikopterlər, qısamənzilli hava hücumundan müdafiə sistemləri, PUA əleyhinə sistemlər yerləşdirəcək.

Bu sözləri Kanadanın milli müdafiə naziri Bill Bler deyib.

B.Bler, həmçinin əlavə edib ki, Kanada təcili surətdə NATO-nun Latviyadakı hərbi kontingenti üçün 32 milyon ABŞ dolları dəyərində mobil tank əleyhinə raket sistemlərinin alınmasını təşkil edəcək.

Qeyd edək ki, hazırda Latviyada 1000-ə yaxın kanadalı hərbçi var və 2026-cı ilə qədər onların sayının 2 200-yə çatdırılması planlaşdırılır.

Mənbə: LETA

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *