Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi VAZ-21214 markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *