Naxçıvanda dumanlı hava qəzaya səbəb olub: Ölən var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəhri qəsəbəsində olub.

Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü Xaliq Eldar oğlu İmanov ölüb.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *