Rusiyalı telejurnalist vəhşicəsinə döyüldü

56 yaşlı rusiyalı telejurnalisti Pavel Lobkov ötən gecə Moskvanın mərkəzində vəhşicəsinə döyülüb.

Bakupost.az “MK”-ya istinadla xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, insident Patrikidəki (Moskvada Patriarx gölməçələri ətrafındakı barların və bahalı butiklərin yerləşdiyi ərazinin qeyri-rəsmi adı) evlərdən birinin həyətində baş verib.

“Və mənim sizin üçün başqa Yeni il hədiyyəm yoxdur” – deyə Lobkov qançır olmuş və göyərmiş üzün fotoşəkilini paylaşıb.

O, hadisənin başqa təfərrüatlarını açıqlamayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *