Türkiyə ilk yumurta partiyasını Rusiyaya tədarük etdi

Türkiyə Rusiyaya 316,8 min ədəd yumurta (19,36 ton) həcmində ilk partiyanı tədarük edib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Departamentdən verilən məlumata görə, yanvarın 3-də Rusiya ərazisində sonrakı satış üçün Yaraq-Kazmalar keçid məntəqəsindən türk yumurtasının ilk partiyası gətirilib.

Rosselxoznadzor daha əvvəl Türkiyənin 21 müəssisəsinə yumurta idxalına icazə verib.

Rusiya 2024-cü il yanvarın 1-dən tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtası üçün idxal rüsumunu sıfırlayıb. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.

Qətnamənin məqsədi Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirmək olub.

2024-cü il yanvarın 1-dən iyunun 30-dək Kənd Təsərrüfatı Nazirliyi yumurta tədarükçülərinə təqdim edilməsi qaydaları hökumət tərəfindən təsdiq edilən xüsusi sənədlər verəcək.

Rosstatın məlumatına görə, 2023-cü ilin noyabr ayında Rusiyada toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb. Federal Antiinhisar Xidməti (FAS) və Baş Prokurorluq qiymət yoxlamasına qoşulub.
//qaynarinfo

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *