Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion bəlli olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionu müəyyənləşib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, yığmanın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.

Matçların saatı hələlik bəlli deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *