Bakıda yeniyetmə dəm qazından boğularaq ölüb

Bakıda 11 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonununda qeydə alınıb.

Məlumata görə, Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 11 yaşlı M.A ağır vəziyyətdə atası tərəfindən qəsəbə poliklinikasına çatdırılıb. Buna baxmayaraq, yeniyetmə orada dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *