Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində 61 yaşlı piyadanı avtomobil vurub.

“Report” xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Rafael Hümbət oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *