Rusiyada içərisində 38 şagirdin olduğu məktəb yandı – FOTO/VİDEO

Rusiyanın Komi Respublikasının Koyqorodski rayonunun Qriva kəndində taxta konstruksiyalı məktəb yanıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanan məktəbdən 40-dan çox insan, o cümlədən 38 uşaq təxliyə edilib.  

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *