Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi olub.

1971-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Kəmalə Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *