Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində yeddi ədəd müxtəlif markalı avtomat silahı, iki tapança, bir tüfəng, bir ədəd qumbara, bir ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *