Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində debüt edəcək

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək.

Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununda İsveçrənin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *