Fermerlər Yeni Delhidə 100 min nəfərlik mitinq keçirmək niyyətindədirlər

Fermerlər martın 14-də Hindistanın paytaxtı Yeni Delhinin mərkəzində kütləvi aksiya keçirmək niyyətindədirlər.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından biri Avik Saxa bildirib.

“İlk proqram fevralın 23-də keçiriləcək “Qara gün”dür. Fevralın 26-da bütün ölkə boyu traktor yürüşü keçiriləcək. 100 mindən çox insanın bizə qoşulmasını gözləyirik”, – o vurğulayıb.

Qeyd edilib ki, “Qara gün” ötən gün polislə toqquşmada etirazçılardan birinin ölümünə həsr olunub. Fermerləri dəstəkləyən vətəndaşların evlərə və avtomobillərə qara bayraqlar asması planlaşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *