Biləsuvarda əkin sahəsində “Kalaşnikov” avtomatı aşkarlanıb

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *