Bakıda yolu keçən 43 yaşlı kişini avtomobil vurub

Bakının Xətai rayonunda 43 yaşlı kişini avtomobil vurub.

“Report” xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaur Ədalət oğlu Quliyev yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *