Abşeronda naməlum kişi meyiti aşkarlanıb

Abşeronda naməlum kişi meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *