Salyanda 67 yaşlı kişi itkin düşüb, Kürə düşdüyü ehtimal olunur

Salyan rayon sakini itkin düşüb.

Rayonun Babazənən yaşayış massivinin sakini, 1957-ci il təvəllüdlü Ələkbərov Hüseyn İsrafil oğlu dörd gün öncə evdən çıxıb və geri qayıtmayıb.

Onun Kür çayına düşdüyü ehtimal olunur.

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *